2
Yorum
2
Beğeni
5,0
Puan
1265
Okunma

Səninçün dönəydim şəkər,bala mən,
Yanağın üstündə zərif xala mən.
Sevgidən düşəydim haldan hala mən,
Bir daraq olaydım gümüş telində.
Səninlə ikimiz bir cüt bənövşə,
Qonaydım ömürlük o mərmər döşə.
Dolaydı qəlbimə sevincli nəşə,
Sarmaşıq olaydım incə belində.
Sevdiyim,cananım,sevgili yarım,
Fədayam,tükənməz bil etibarım.
Həyatım,ömürüm,küll ixtiyarım
Razıyam,olaydı sənin əlində.
5.0
100% (2)