8
Yorum
8
Beğeni
5,0
Puan
1935
Okunma

Arzularım qanad açar,
Qüssə-kədər məndən qaçar,
Könlüm bir də qalmaz naçar
Sən qarşımda görünəndə.
Hicran itər, həsrət solar,
Fərəh hissi qəlbə dolar,
Bütün dünya mınim olar
Sən qarşımda görünəndə.
Gözlərimdən yaş silinər,
Yollarıma nur ələnər,
Səni sevdiyim bilinər
Sən qarşımda görünəndə.
Təbiət al-qumaş geyər,
Könlüm coşub nəğmə deyər,
Bircə anım əsrə dəyər
Sən qarşımda görünəndə.
Səni görüb özün tanar,
Dünyanın xoşbəxti sanar,
Tab gətirməz, Fəda yanar
Sən qarşımda görünəndə.
5.0
100% (7)