9
Yorum
9
Beğeni
5,0
Puan
1736
Okunma

İlk baxışdan sevdim səni,
Gəl, ey könlümün baharı!
Unutdum dumanı, çəni,
Gəl, ey könlümün baharı !
Eşqin mənə daim əziz,
Ləblərin hər şeydən ləziz.
Bədənin büllurdan təmiz,
Gəl, ey könlümün baharı!
Zülflərindir gur şəlalə,
Dodaqların zərif lalə.
Çəkərəm mən sənsiz nalə,
Gəl, ey könlümün baharı !
Kirpiklərin, sanki oxdur,
Tayın-bərabərin yoxdur.
Etibarım bil ki, çoxdur,
Gəl, ey könlümün baharı !
Valeh etdi məni gözün,
Dilsiz yetdi mənə sözün.
Lazımsan sən mənə özün,
Gəl, ey könlümün baharı !
Eşq atəşiylə yanaram,
Səni sevgilim sanaram.
Sən gəlməsən mən qınaram,
Gəl, ey könlümün baharı !
Gəl, ey eşqimin nübarı !
5.0
100% (8)