4
Yorum
7
Beğeni
5,0
Puan
1585
Okunma
Elnurə Ağazadə-Səni kimdən soruşum
Hər kəsdən gizlətdiyim,
Ünvanı gizli eşqim
Açılmayan düyünsən,
Səni kimdən soruşum?
Ömründən illər gedir,
Hər günün mənsiz keçir
Məni kim əvəz edir,
Səni kimdən soruşum?
Mənsiz gözün dolurmu,
Qəlbin dərddən bezarmı
Qüssə kədər oyurmu
Səni kimdən soruşum?
Həsrətəm gülüşünə,
Sənin ayaq səsinə
O mehriban üzünə,
Səni kimdən soruşum?
Quş olub qanad açam,
Diyar-diyar dolaşam
Gəlib gedənə hay salam,
Səni kimdən soruşum?
Ozan olub çala biləm,
Hər sözümü deyə biləm
Elnurəyəm yaza biləm,
Səni kimdən soruşum ?
28.11.2014
5.0
100% (9)