6
Yorum
10
Beğeni
5,0
Puan
2077
Okunma
Elnurə Ağazadə-ay işığı
Uzaqdadır yarım mənim,
İşıqlandır yuxusunu
Canlanım mən xəyalında,
Həmdəmim ol ay işığı.
Gecə qara yolu uzun
Yorur məni bu uzun yol
Sən gecədən sabahıma
Həmdəmim ol ay işığı.
Xoşbəxt bir yol bizi gözlər
Vüsal toy büsatla gələr
Çırağı ol bizim evin
Həmdəmim ol ay işığı!
5.0
100% (10)