4
Yorum
3
Beğeni
5,0
Puan
1221
Okunma
Gedirəm a dünya, gedirəm vallah,
Təkliyin əlindən tutub gedirəm.
Yoluma yol verər o qadir Allah,
Sende neyim varsa atıb gedirəm.
Nefes alammadım boğuldum getdim,
Sende qerib kimi doğuldum getdim.
Talanmış yiyesiz baö oldum getdim,
Derdimi çiynimə çatıb gedirəm
Bu çekim yükümden aöırmış demə,
Ezelben bahtıma yağırmlş demə.
Meni xamır bilib yoğurmuş demə,
Kündəni kündəyə qatıb gedirəm.
Gedirəm bu yolun yol üzü yokdur,
Gecesi gecedir gündüzü yokdur.
Elə qaranlıkdır dan üzü yokdur.
Gedər gəlməz yoldur batıb gedirəm.
Ağ atlı çapara dönərəm bəlkə,
İynə gözü işıq taparam bəlkə.
Karanlık üzünə yaparam bəlkə,
Bu xəyal önündən ötüb gedirəm.
Gedirəm göylərdə ünə dönməyə.
Göydə şəfəq saçan Günə dönməyə.
Hazangül olaraq yenə dönməyə,
Zamanın əlindən itib gedirəm.
5.0
100% (5)