6
Yorum
2
Beğeni
4,3
Puan
1229
Okunma
Elnurə Ağazadə-Qoynuna al məni
Hicran qonağımdır mənim,
Alovludur könül qəmim
Batmaqdadır sevgi gəmim,
Dəniz qoynuna al məni
Sahilində ayaq izim,
Pünhan qalıb qəlbdə sirrim
Bu dünyadan ötüb keçim,
Dəniz qoununa al məni
Bir yığındır dərdi sərim,
De bir çarə mən nə edim
Dalğalara qonaq gəlim,
Dəniz qoynuna al məni
*
Elnurəyəm şeir dilim
Söz sənətdir mənim izim
Qucağında ölüb gedim,
Dəniz qoynuna al məni
5.0
83% (5)
1.0
17% (1)