2
Yorum
0
Beğeni
5,0
Puan
1001
Okunma
BİR AŞIQ VAR
Bir aşıq var söyləmirəm adını,
Saz çalanda dınqır-danqır eyləyir.
Avazını dinləyənlər “məst” olur,
Oxuyanda anqır-anqır eyləyir.
Hər örkəndən, hər kəndirdən uc alır,
Nadanların gözlərində ucalır,
Söz biləndən, saz çalandan öc alır,
Rişxənd ilə yanqır-yanqır eyləyir.
Öz qabında çox qaynayır daşmayır,
Illər keçir sənətində bişməyir,
Ancaq yenə səhnələrdən döşməyir,
Dinləyənlər donqur-donqur eyləyir.
Çox gözlərə, qulaqlara soxulur.
Təltifləri yaxasına taxılır,
Bir paz olur pərçimlənir, tıxılır,
Coculu da, andır-andır eyləyir.
5.0
100% (1)