9
Yorum
0
Beğeni
5,0
Puan
1051
Okunma

Uçaqdakı yolçuya
Dağlara söylə ki, bu yolçuluqda
İzləsin güzgü tək Xəzərdən səni.
Buludlar sallasın qanadlarını,
Qorusun göylərdə nəzərdən səni.
Vurub sinirlərə açılmaz düyün,
Gedirsən, həmdəmim hicrindir bu gün.
Daxili dünyanla zahirdə görün,
Qoy bəşər tanısın üzərdən səni.
Gələ bilməyirəm hələ izinlə,
Öpüş göndərirəm apar özünlə.
Oxşa Elbəyini ən xoş sözünlə,
Duası hifz edər xətərdən səni.
Elbəyi Cəlaloğlu
5.0
100% (6)