6
Yorum
2
Beğeni
5,0
Puan
1260
Okunma
MƏNDƏN NİYƏ KÜSMÜSƏN?..
Ay mənim ömrüm-günüm,
Məndən niyə küsmüsən?
Batsın hənirim, ünüm,
Məndən niyə küsmüsən?
Səni incidib dilim?
Qoy olsun dilim-dilim!
Bir mənə baxsan, gülüm,
Məndən niyə küsmüsən?
Yadındadı bir axşam,
Sevincək süzə-süzə,
Qılıqlayıb anamı
Elçi göndərdim sizə?
Anan naz eyləmişdi,
- Görək razıdırmı qız?
Sən də başqa otaqda
Oturmuşdun tək, yalqız.
Söz sənə deyiləndə
Susdun, dinmədin qəti,
Buzları əridərdi,
Üzüyün hərarəti.
Pıçıldaşdı qonşular:
- Qızı verdilər ərə !
Hm!..
İndidə birdən-birə
Gəldik gözə, nəzərə?
Məndən niyə küsmüsən?
...Quşbaşı qar yağırdı
Qışın oğlan çağında,
Qar topu oynayırdıq
Qonşumuzun bağında,
Yadındadı, yıxıldım
Düz yolun qırağında?
Gözlərimi yumdum ki,
Görüm neyləyəcəkdin,
Sənsə təşvişə düşdün,
Ağlayıb öləcəkdin.
Tezcə durub ayağa
Oxşamadım telləri?
Sildim yanaqlarından
Axan leysan selləri.
Onda niyə tökmürdün
Mənə acı dilləri?..
Məndən niyə küsmüsən?
Sən ömrümün gövhəri,
Cəvahiri, ləlisən.
Sən ruhumun tanrıyla
Danışmağa dilisən.
Elbəyi qurban sənə,
Ey cənnətin gözəli!
Sənə nə oldu, gülüm,
Mənə baxsan, ay „dəli“
Məndən niyə küsmüsən?..
Elbəyi Cəlaloğlu
5.0
100% (6)