1
Yorum
0
Beğeni
4,5
Puan
938
Okunma
Düşməz
Beyin bir dəryadı, düşüncə gəmi,
Yükü bilikdənsə covğuna düşməz.
Ağıl kəsməyəndə qopar fırtına,
Demə ki, daşqına, qarğına düşməz.
Bilik meyarıdır ağlın, zəkanın,
Qiymətini verər dövrü-məkanın.
Onsuz istedadı yükdü çəkənin,
Ha dartsa könüllər bağına düşməz.
Elbəyi, qanadsız uçmağa gəldin,
Dünyaya Gün kimi saçmağa gəldin,
Bütün elmləri qucmağa gəldin,
Ləkələr ömrüyün tağına düşməz.
Elbəyi Cəlaloğlu
5.0
50% (1)
4.0
50% (1)