ANALAR
Uşaqlar hər dəfə sual verəndə,
Deyərdim: – Ay bala Ana şirindir!
Bəs niyə Vətənə Ana deyirik?
Analar həm bizim, həm bəşərindir!
Analar dünyanı doğub, törədir,
Analar bətnində həyat yaradır,
Anasız zamanın üzü qaradır,
Analar xeyirin, həm də şərindir.