2
Yorum
1
Beğeni
0,0
Puan
1161
Okunma
Tanrımızın dərgahında sorğu-sual sorulmayıb,
Dünya dönüb haqq yolundan, haqqa divan kurulmayıb.
Sorsan əgər bu dünyanın gərdişini, dövranını,
Nuhdan bəri bulanıbdır, bu günədək durulmayıb.
İnsan oğlu cəfa çəkib zamanların kəsiyində,
Yorub-yortub insanları, dünya özü yorulmayıb
Biz bilirik bu dünyanın ağı nədir, qarası nə,
Ağ çızığı kırık-kırık, qarasısa kırılmayıb
Bil agah ol ay Coculu bu dünyanın cədvəlinə,
Ədaləti təsdiq edən möhür hələ vurulmayıb.
DÖVRAN BİLİR ANCAQ
Hər zamanın dərdini, tarixə varan bilir ancaq.
Gərdişi-dövranı da, dövr edən dövran bilir ancaq.
Kəhkaşanın qanunu var, öz yolunda hey dolaşır,
Kainatın sirlərini, yaradıb-quran bilir ancaq.
Insanların yaranması, özü də bir möcüzədir,
Adəmin xəmirini, qatıb-yoğuran bilir ancaq.
Bu dünyaya bir insanı gətirməyin ağrısını
Öz canından həyat verən, tək doğuran bilir ancaq.
Köləliyi ölüm bilən, kölə azadlıq istəsə,
Azadlığın dadını, zənciri qıran bilir ancaq.
Nəsimi öz elmi ilə sirri-ənəlhəqq söylədi,
Həqiqətə çatmağı, zülməti yaran bilir ancaq.
Ay Coculu, bəyan et ki, bu dünyanın işlərini,
İdrakıyla qavrayıb, sözündə duran bilir ancaq.