1
Yorum
0
Beğeni
5,0
Puan
964
Okunma
Düşmüşəm həyatın çətin oynuna
Kədərim qəlbimdə dağa dönübdü.
Alıbdı sevgimi həsrət qoynuna,
Bülbülü xar olan bağa dönübdü.
Sönübdü günəşi sevgi dünyamın
Qaranlıq dünyamda itib-batmışam.
Puç olan sevgimi sətirlərimə
Və bir də vəfasız gülə satmışam.
Aldım əvəzində xatirələrin
Həkk etdim qəlbimə bir anı kimi.
Andıqca mən onu göynəyən qəlbim,
Bilməzdi heç bir dərd hicranı kimi.
Gözlədim ümidsiz, gözlərim yolda,
“Qayıdar” sözünü təsəllim sandım.
Vüsalı yaşadım hər gün xəyalda,
Realda onsuzluq odunda yandım.
Ürəyim danışdı, qələmim yazdı
Ümidsiz sevgimi sətirlərimə.
Gün gələr oxuyub bu sətirləri
Dönərəm bir anlıq o illərimə...
5.0
100% (1)