1
Yorum
4
Beğeni
0,0
Puan
206
Okunma

Qoydu əhya günü Qur’an neçə insan başına,
Həci Surxay nə üçün qoymadı Qur’an başına?
Əlli il Qur’anı qoydun, bu səfər diplomu qoy,
Bəlkə indən belə tə’sir edə nadan başına.
Ara bir dombalaq aş kəllə-mayallaq vuraraq,
Ola bilsin, ola dəstək dolanan qan başına.
Neçə Seyyid, neçə Sabir sizə qurban olacaq?
Nəsə bir çevriliş olsun da, bu hər can başına!
Neçə din əhli cəhalətdə batıb, batmadadır,
Bu avamlıq çox oyun açdı müsəlman başına.
Kim avamlıq eliyər başə müsibət gətirər,
Bu səbəbdən oturub ümmətin şeytan başına!
Sən də istehza edib hər şeyə lağ etmə Anar!
Belə ne’mət quşu qonmur bala hər xan başına.
Müəllif: Anar Əhəd