0
Yorum
2
Beğeni
0,0
Puan
585
Okunma

el obasızı aldım, mərhəmətli elimə
yaman günümdə umdum, bir əl atsın əlimə
endirdi bıçağını, iltifat biləyimə
ahım da çara qılmır, sinəmdəki dərdimə
sən də bel bağlama heç, axan yaşına gözüm
səs oldu mənim elim, səssiz qonaq səsinə
inandı söhbətinə, yalan dolu sözünə
yad oldu anasının, bal kimi nəğmesinə
qurban edildi dilim, qəribənin dilinə
könüldən axmır artıq, dodaqlarıma sözüm
qaranlığı çağırdım, yurdumun çırağına
gecəsini yol verdim, bostanına bağına
gözüm yumuldu yurdun, talanan toprağına
susuz qalan gölünə, quru dil-dodağına
ürəyimdə yüksələn, hansı dağıma dözüm?
yerə yıxılmış eləm, yad əlinə baxıram
yolu itirmiş çayam, özgə dənizə axıram
sıçrayan bir alovam, öz meşəmi yaxıram
özgənin baltasını, öz gövdəme sapıram
hansı yanan ağacın, sınıq qolunu öpüm?
könlümdə dolu bulud, ıldırm olub çaxsın
qoy quruyan göllərə, ürəyimdən qan axsın
qoy hasrətlə dönüb, köçəri quşa baxsın
quşa lay lay oxusun, gölə səssiz danışsın
hansı yaramı səpim, sənin duzuna gölüm?