3
Yorum
11
Beğeni
5,0
Puan
273
Okunma
Ha! Gələcəksən de görüm ay bahar?
Salıb məni işdən daha şaxta qar.
Mənim kimi inan yoxdur tələsən
Gözüm yolda yavaş yavaş gələsən.
Örtə yaşıl çadrasını yaz qızı
Lala çıxa dağlar ola qırmızı.
Vəhşiqəzal dağ dərədə dolana
Bir baş vura mənim kimi solana.
Avçu kaman almaya day əline
Yaman yovuz gəlməyə xalq dilinə.
Qar əriyib yola düşe çay ola
Səssiz yerdə şənlik ola hay ola.
Yuxulu dağ yuxusundan oyana
Bahar qızı dağ döşünde dayana.
Ətirlənə qızıl güller bağçada
Təmizlənə tozlu ayna taqçada.
Yağış yağa quru yerə yaz gələ
Qizilgöle sarı yenə qaz gələ.
Pəncərələr günə sarı açıla
Günün nuru bizim evə saçıla.
Xəzan yeli dünyada day əsməyə
Boz baltalar ağacları kəsməyə.
Novruzgülü zinət ola dağlara
Şadlıq fürsət verməyə day dağlara.
Çavuş gəlib müjdə verə bizlərə
Qüdrət gələ yenə yorğun dizlerə.
Dağ qalanıb dağ olmasın ay Tanrı
Qışın üzü ağ olmasın ay Tanrı.
5.0
100% (7)