1
Yorum
6
Beğeni
5,0
Puan
699
Okunma
Nə həyatdır bu həyat, insanı dövran çürüdər!
İmtəhan olsa əgər, aşiqi canan çürüdər.
Sən giley etmə oğul, Yaqubu xatırla bu gün,
Kim olur, həm nə olur, bəndəni üsyan çürüdər
Elə iş tutma ki, bir gün səni peşman eləsin,
Bu həyat qanunudur, peşmanı vicdan çürüdər
Nə qəmin olsa, gərək səbr, ümid dostun ola,
Buların yoxluğu hicran gətirər, can çürüdər.
Anarı gənc görüb sanma ki, biganədi bu,
Mənə saydıqlaruvun artığı insan çürüdər.
Müəllif: Anar Əhəd
5.0
100% (3)