1
Yorum
4
Beğeni
5,0
Puan
457
Okunma

Barışa davet
==============
==============
YURTDA BARIŞ CAHANDA BARIŞ
İstəmirəm savaş olsun qan olsun
İstəmirəm yerə düşən can olsun
İstəmirəm saçını yolan olsun
Umudumuz yurtda cahanda barış
Silahlarla olmasın haqqa varış
Dökülməsin anaların göz yaşı
Ağlamasın şəhidlərin qardaşı
Qan yerinə çiçək sarsın dağ daşı
Umudumuz yurtda cahanda barış
Bax belə olsun Allah’a yalvarış
Öz ruhunnan üfləmişsə yaradan
Biz niyə onu qaldıraq aradan
Sora bizə darılmazmı var edən
Umudumuz yurtda cahanda barış
Sevilməkdə sevməkdə olsun yarış
Çarxı fələk gəldi geçən dünyadır
Yaxşısını pisin seçən dünyadır
Qaranlığa işşıx saçan dünyadır
Umudumuz yurtda cahanda barış
Ey rahim’i səndə barışdan danış
rahim’i
5.0
100% (1)