1
Yorum
5
Beğeni
5,0
Puan
364
Okunma

Yuxuma dedimki oyatma məni
Qoy şirin yuxular görüm oyandır
Yârin saçlarını sarım qoluma
Sorada bir gözəl hörüm oyandır
Ələmək istəyir ələklər məni
Başına döndərir fələklər məni
Suala tutublar mələklər məni
Qoy onun cəvabın verim oyandır
Təzzəcə yatağa girmiştim hələ
Niyə oyadırsan məni tez belə
Hələ söz düzəcəm bülbülə gülə
İzin ver gülləri dərim oyandır
Yâr’in baxçasında gül topluyuram
Hər gülü ayrı bir cür qoxluyuram
Rahim’i oyanıb mən yuxluyuram
Qoy öz bədənimə girim oyandır
Rahim Çetinkaya
...rahim’i
Müəllif : Rahim Çetinkaya
5.0
100% (1)