2
Yorum
2
Beğeni
5,0
Puan
1172
Okunma

Allah sənə gözəl sima bəxş edib
Yanaqlara qəmzələri nəkş edib
Baxışların dünyaları əks edib
Sevinməli gündü gülüm ağlama !
Dərd eləmə dünya,gələn gedəndi
Gül yanında tikan,aləf bitəndi
Ömür boyu şair səni sevəndi
Söylə görüm,dərdin bilim ağlama !
Yaradanın əksi qalıb üzündə
Gözüm Göygöldədir,Muğan düzündə
Saf bulaqdı gülüşündə,sözündə
Göz yaşını güllə silim ağlama
Gül üzünə gülüş gözəl yaraşır
Sən güləndə gül çiçəklər yarışır
Hilə dönür boynum,gözüm qamaşır
Göy Xəzərim,Kəpəz,ləlim ağlama !
Sadiqlinin eşqi,yurdun maralı
Göy,qırmızı,yamyaşıl,ayparalı
Ruhum səndən qala bilmir aralı
Laləzarım,şirin dilim ağlama !
5.0
100% (2)