0
Yorum
3
Beğeni
0,0
Puan
708
Okunma

Bahar gözlərimə qış tək görünür.
Ümidlər,diləklər quş tək görünür.
Qup-quru səhralar yaş tək görünür.
Səni görməyən də ay ömrüm,günüm.
Günəşlə isinmir buz olur ürək.
Mənaya sığmayan söz olur ürək.
Misralar içində köz olur ürək.
Səni görməyən də ay ömrüm,günüm
Getdikcə ağarır qara saçlarım.
Sevgindən asılıb dara saçlarım.
Sənsizliyi alır cara saçlarım.
Səni görməyən də ay ömrüm,günüm.