1
Yorum
3
Beğeni
5,0
Puan
564
Okunma
Yaşanan dövranımız tarixə oxşar görünür,
Dəyişən zahiridir, batini təkrar görünür.
Elə aklad qoyulub keçmişə saldıqda nəzər,
Boynu zəncirdə gəzən qulları aşkar görünür.
Gecə - gündüz çalışan qarnı üçün qul sayılır,
Onu istismar edən dövləti quldar görünür.
Xalqının sərvətini şah yığaraq taxt qoruyub,
Yenə şah dövrünə bənzərliyimiz var, görünür.
Quru candan savayı heç nəyimiz yoxdu daha,
O da hər gün bükülür xəm kimi donqar görünür.
Mavi ekranda yaman xalqı sevən görkəmi var,
Boğulan xalqına baxdıqdasa qəddar görünür.
Susur Allah sənə xidmət eliyən mollalarun,
Gəl ki, saqqallı çıxıb minbərə dindar görünür.
Anarı sən niyə xəlq eyləmisən dünyaya?
Heç qəzəb eyləmə dünya mənə murdar görünür.
Müəllif: Anar Əhəd
5.0
100% (2)