1
Yorum
4
Beğeni
5,0
Puan
673
Okunma
...Geri qaytarsın yuxularımdakı heçnəsizliyi,
Geri qaytarsın
əllərimdəki tənhalığı və kimsəsizliyi axşam...
Azadlığıma dartınıram bulanıq suların sahilində,
Balıqçı qayığı körpüdə ləngər vururdu,
Xatırlayıram -
İçimə ümid doğurdu...
...Bəlkə də son çırpınışlarıdır kəpənəyin aynalara
Son su damcılarını silib-aparıb yad əllər çoxdan
Yad evlərdə...
Yad adamlar baxır pəncərələrdən işıqlara
İndi o qapılar yad adamlar üçün döyülür...
...Gecənin dərinliyinə doğru boşluq...
Boşluğu yazmaq...
Çıxıb getmişsə kəlmələr-getmişliyi...
Sancı
Ürəyimizin olmasından deyil, ağrısından xəbər verir,
İndi mənim günahım nədir –hər yerimdə ağrı döyünür...
Gözlərimi sıxıb üzümü söykəmişəm qaranlığa,
Günəş doğmayacaq -
Oxunmayan məktubların müəllifi
Sakitcə ölür...
5.0
100% (3)