1
Yorum
5
Beğeni
5,0
Puan
971
Okunma
...Alma çiçəklərinin fəsliydi,
Axşamdı,
Leysandan sonra göy üzü mas-maviydi-
Mənə öləcəyimi dedilər....
Çiyinlərimi çəkdim...
Amma
Bir də xain gözlərim doldu,
İki damla yaş
Dodaqlarıma doğru süzüldü
Üzümü pəncərəyə tutdum...
Dənizin sakit sularında ağ yelkənli qayıq üzürdü...
-Amma, bilirsiniz, indi...
-Bəsdir,
Nə ehtiyac var-əlimi yellədim- mən onsuz da bilirdim...
…Günəş
Yan binanın son mərtəbəsini qucaqlamışdı şəfəqləriylə.
Sonra göyərçinlər uçub gəldi hardansa,
Dünyanın ən sehrli səsiylə qarşımda
Ağ qanadlar...
-Mən gedirəm...
-Suyunuzu için...
-Hər şey qaydasındadır...
…Qırmaq lazımdır bütün əlaqələri,
Dünyanın bütün həkimləriylə...
...Uzaqlarda,
Pəncərəsindəki yağış damcılarının
İzini silmək istəməyən bir adam var...
Öz qorxularına şeir pıçıldayır,
Deyir ki, bitməyib...
5.0
100% (3)