1
Yorum
4
Beğeni
5,0
Puan
755
Okunma
Biri uydurdu hədis yazdı kəlamlar quyudan,
Unudub Xaliqi tez tutdu avamlar quyudan.
Çox ürəkdən və beyindən silib Allah adını,
Ağ kağız tək yazacaq molla, xaxamlar quyudan.
Sən günah sahibisən Xaliqə gəl etmə dua,
Get çağır Mehdini hacətvi tamamlar quyudan.
Uca Allah nə qədər varsa günah əfv eliyir, ----- Zümər 53
Belə Allahı qoyub etmə məramlar quyudan.
Məni səndən soruşurlar, de ki Mən çox yaxınam. ----- Bəqərə 186
Buda ayə, nə umurlar bu adamlar quyudan?!
Kimə ki bəlli olandan sora həq şirk eləsə, ----- Nisa 116
Bunu bilsin çıxa bilməz o qulamlar quyudan.
Bu qədər ayə dedim, yoxdu sözüm, molla desə
Ki, sizin namələri Mehdi salamlar quyudan.
Müəllif: Anar Əhəd
5.0
100% (3)