0
Yorum
3
Beğeni
5,0
Puan
898
Okunma
Müctəs bəhri
MəfA’ilün fə’ilAtün məfA’ilün fə’ilün
Seçibdi cənnəti zahid məhəbbətin yerinə,
Tutub gözün o gözəllik səadətin yerinə.
Deyin o zahidə eşqin ürəkdə yoxsa əgər,
Onu görüm buraxan kimdi cənnətin yerinə
Nə inki cənnəti, cənnət diyarı ölkəmi mən,
Yasaqlaram ona olsam bu dövlətin yerinə.
Amandı ayə deyərsən düşər qotur dilüvə,
Danış hədislə rəvayətdən ayətin yerinə.
Əgər ürək meyilin salsa zahidin sözünə,
Islamda firqə gəzərsən hidayətin yerinə.
O zahidin işi məzhəb kitabların aramaq,
Və fitnəkarlıq edər dində vəhdətin yerinə.
Anar, nədən belə islam bölündü firqələrə?
Düşün və tap, nəyi qoyduq əmanətin yerinə.
Müəllif: Anar Əhəd
5.0
100% (3)