0
Yorum
3
Beğeni
0,0
Puan
105
Okunma
Tutuquşu idraki olmayan canlıdır,onun çevrəsiylə yüksək əlaqəsi üçüncü etapdan sonra kəsilirdə də,amma təlqin olunmuş sadə ifadələri yaddaşında mühafizə edə bilir.Xülya və idraki olaraq beyin xassələrinə malik olmadığından,yaradıcı heç bir düşüncənin sahibi deyildir.
Bir çox adamlar eynən tutuquşuna bənzəyirlər,amma ondan iki addım öndə olmalarına rəğmən fərdi düşüncə sahibi belə deyillər,olsalar,hətta bu düşüncəni sosiallaşdırmaq ləyaqətindən uzaqdadırlar.Gəl ki,səninlə istənilən sahədə paradiqmasız-filansız mübahisə etməyə hazır kimi görünürlər,hadisələri alqoritmlərin üstünlükləri ilə deyil,xaotik səpgilərin beyinbulandırıcı cəfəngiyyatlarıyla izah etməyə çalışırlar.Onlar bilgi əxlaqsızlıqlarının fərqində deyillər,ayıb yerinin göründüyünü fərq etməyən qadınlar kimi qayğısız-filansız mübahisəlilər aləmində dolanıb gəzirlər.Sosial bərabərsizliyin acı nəticəsi olan zənginliyin ac köpəkləri bu tip insanların içərisindən alınıb götürülür,min illərdi insanlığın aradığı,bulmağa çalışdığı azadlıq,ədalət,bərabərlik və barış onların ucbatından bir utopiya olaraq,yalnız xəyallarda oturub qalmaqdadır.Tiranlığın,krallığın,sultanlığın təntənəsi onların təntənəsidir,onların sayəsin Tanrı insanlaşmış,din mövhumat,səmərəsiz bir ilahi yöntəmi olmuşdur...
Və...və...və...
Tutuquşular mutludurlar,amma.Danışa bilmək mutluluğunu yaşayacaq qədər mutludurlar,yalnız onlara təlqin olunmuş,sahibinin öyrətdiyi kəlmələrin doğura biləcəyi effekt qədərincə və doğruluğunun gerçəkliklərlə uyuşmasa belə...
tutuquşu-papağan