Vahid Sabah
490 şiiri ve 19 yazısı kayıtlı Takip Et

Adsız çiçekler



*******
Bizi heç kim xatırlamır...Yüklü arabaların və sərgərdan kişilərin keçib getdiyi,əvvəli və sonu bilinməyən tozlu-torpaqlı bir yolun kənarında küləklərin yellədiyi,hər an çamur və pisliklərin üfunətinə məruz qalan adsız bir çiçəyik.
Bizim kimilərin adı olmur...
Hər kəs qızılgülün,yasəmənin qoxusuna alışmış.Bu güllərin rayihəsini duyunca,əhvalları yaxşılaşır kimi bir durum içində özlərini hiss edərlər.Bizim adı olmayan,azacıq tünd,qoxlandıqca həyatın ayrı bir gözəllik və hüzurunun da mövcud olduğunu kanıtlayan ətrimiz onlar üçün yabançı kimi.Bu yabançı qoxuların bir zaman onların ruhuna məlhəm ola biləcəyi düşüncəsi həmin insanların idrakına yad kimidir.Onlar vərdiş etdikləri,alışdıqları şeylərin ardınca koşarlar,hətta məna və məqsədini dərk etməsələr belə.Sevgi və nifrətin bir-birinə əks olan insani durumlar olduğu halda,onu eyni bir fərd üzərində sınamaqdan çəkinməzlər.
Rənglər də hər zaman onları aldadarlar.Qırmızı,sarı və pəmbə-çəhrayı rənglərin bu insanların gözlərində əks olunaraq ürəklərinə yansıtdığı duyğuların gerçəklik dərəcəsinə şübhə etməmək olarmı?İdrakımızın eyniliklə bir-birinə oxşatdığı ,eyni bir məfhum adı ilə ifadə olunan şeyə ayrı-ayrı insanların müxtəlif baxış bucağından baxaraq eyni bir nəticəyə gəlməsi inandırıcıdırmı?
Əgər bizim ekzotik rənglərimizin içində bu insanlar gerçəkliyi görə bilmirlərsə,haqqın və həqiqətin onlar üçün elə bizim qədər də yabançı olduğunu biz necə qəbul etməyək?
Hətta,adımız,şöhrətimiz olmasa belə,biz varıq və zatımızdakı xeyirli və xilasedici özəllıkləri insanların görməməsi bizim günahımız deyildir!
Biz adsız çiçəklərik...

Beğen

Vahid Sabah
Kayıt Tarihi:4 Kasım 2012 Pazar 10:24:19

ADSIZ ÇİÇEKLER YAZISI'NA YORUM YAP
"ADSIZ ÇİÇEKLER" başlıklı yazı ile ilgili
düşüncelerinizi ve eleştirilerinizi diğer okuyucular ile paylaşın.


YORUMLAR


Henüz yorum yapılmamış.

Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.