Vahid Sabah
490 şiiri ve 19 yazısı kayıtlı Takip Et

Bir eşq hekayƏsi



Bir çiçək tanıyırdım.Onu mən
əkməmişdim.Baba mın bitirdiyi
xurma ağaclarının çətirinin kölgə
saldığı dar bir köşədə sığınacaq
tapmışdı özünə.Ləçəkləri nin
rəngi sarıdan da sarı idi,lap sarışın
da demək olardı bu çiçəyə-sarışın
çıçək!Xəyalımda sevdiyim bir
sarışın qız var ya,eyni onun
saçlarının rəngi kimiydi
ləçəklərinin rəngi.
Mən çiçəkləri sevərəm,lap çox
sevərəm.Bəzən mənə elə gəlir
ki,doğulmamışda n qabaq mən
də bu çiçəklər kimi adi bir çiçək
olmuşam,ləçəklə rimdə vızıldaşan
arıların yüngül təmasını,kəpənə
klərin gönlümü oxşayan
nəvazişini,böcə klərin gövdəmi
qıdıqlayan ayaq təkmələrini
duyuram,sanki.S əhər tezdən şeh
damlalarının sərinliyini hiss
etmək,bu damlaların yağmurunda
pak olmaq necə də gözəldir!
Günəşi n hələ də isitməyən qızılı
şüaları bu damlaların içində bərq
vurur və səni əsrarəngiz bir
rənglərlə süsləyir...
İşə bax,elə bil mən bu çiçəyə
vurulmuşdum,on beş yaşında bir
gəncin,elə həmin yaşda gənc və
gözəl bir qıza vurulduğu kimi.
Hər gün bağçaya keçər,sarışın
çiçəyimə baş çəkərdim.amma
daxilimdə tamam ayrı,sözün ifadə
edə bilmədiyi,heç özümün də
anlamadığım qəribə bir yaşantı
vardı.İntuitiv bir durum məni
təbiətin sözsüz,səssiz,i draki
olmayan hisslər aləminin
içərilərinə soxur,onun hər bir
fərdi ilə anlaşmaq fitrəti bəxş
edirdi.Bu daha çox mənim sarışın
çiçəyimlə bağlı olan hisslərimə aid
idi.
Mənə elə gəlirdi ki,gəıişim çiçəyi
diksindirir,onu n məsum halında
qeyri-adi bir dəyişiklik baş
verir,o,özünü məndən gizlətməyə
çalışır;hətta utanırmış kimi
ləçəklərini azacıq sallayırdı...
Mən quru kötüyün üstündə
oturub,sağ əlimi çənəmə dayadım
və sarışın çiçəyimi seyr etməyə
başladım.Günəş xeyli
qalxmışdı,amma hələ günorta
deyildi,çiçəklə rin və otların
üstünə qonmuş şeh damlaları
hərarətin təsirindən buxarlanıb
yox olmuşdular.Ətra fda arılar
vızıldaşır,kəpə nəklər
uçuşurdu,bız insanların içinə
varamadığımız bir həyat hüzur və
sakitlik içində axıb gedirdi.
Nəzərlərimi öz sarışınıma
çevirdim,o,artı q məni
unutmuşdu,aid olduğu bu
həyatın bütün gözəlliklərini,
ləzzət və nəşəsini içinə dartmağa
çalışırdı.Elə bu an lacivərd
rəngli,qanadlar ında qəhvəyi
xalları olan bir kəpənəyin
ehtiyatla sarışın çiçəyin ləçəkləri
üstünə qonduğunu gördüm.Mənə
elə gəldi ki,kəpənəyin bu gəlişi
çiçəyi olmazın dərəcədə xoşhal
etdi,onun qaməti kəpənəyin
ağırlığına rəğmən ,elə bil daha da
dikəldi,uzun ayrılığın vüsalı iki
sevgilini nə qədər məst edirsə,bu
cütləri də eyni hisslərə qərq
etmişdi sanki...
Çox şeyi anladım və özümü bu
hisslər aləmində artıq hesab
edərək təbiıtin müxtəlif cür həyat
tərzinə malik yaratıqlarının işinə
qarışmamağı qərara aldım.Son
zamanlarda ilk dəfə özümü belə
yalnız hiss etdim.
Amma,ürəyiyumşa q
olduğumdan,həm də eşqin həzz
və iztirablarını çox sınamış,əsl
vəfa və ehtibarın dəyərini bilərək
onu qiymətləndirməy i
bacardığımdan,y enə də sarışın
çiçəyimə hər gün baş çəkməkdən
vaz keçmədim.
Qəribə də olsa,günün demək olar
ki,eyni vaxtlarında elə həmin
lacivərd kəpənəyin sarışın
çiçəyimin qonağı olduğunun
fərqində idim,onların həsbi-halına
tamaşa etmək artıq mənə də xoş
gəlirdi.Bu bir eşq hekayəsi idi...
O qədər də uzun çəkmədi.Bir gün
sarışın çiçəyimin halının
dəyişdiyini gördüm,onun ləçəkləri
xeyli xeyli sallanmış,rəngi öz
parlaqlığını itirməkdə idi,kövdəsi
elə bil ağırlığını bundan artıq
saxlaya bilmirdi.Çiçəyi min
kəpənəyi də görünmürdü.İçim i
bir təlaş bürüdü,çiçəyim üçün
yaranan təhlükənin nə olduğunu
bilməsəm də,artıq onun üçün
qayğılanmağa başlamışdım.Səh
əri gün bağa gələndə mənim
sarışınım artıq solmuşdu.O...ca n
verirdi.Ləçəklə ri öz təravətini
itirmiş,qməti tamamilə
əyilmişdi,gövdə sindəki adda-
budda siyah ləkəlr onun ağrı və
iztirablarının son işartısı idi.
...Kəpənək ölmüşdü.

Beğen

Vahid Sabah
Kayıt Tarihi:1 Kasım 2012 Perşembe 14:43:02

BİR EŞQ HEKAYƏSİ YAZISI'NA YORUM YAP
"BİR EŞQ HEKAYƏSİ" başlıklı yazı ile ilgili
düşüncelerinizi ve eleştirilerinizi diğer okuyucular ile paylaşın.


YORUMLAR


Henüz yorum yapılmamış.

Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.