0
Yorum
2
Beğeni
0,0
Puan
109
Okunma
*
Planlaşdırdığımız bütün hərəkət və davranışlarımız azadlığımızı məhdudlaşdırır.Bu yöndə şüur ona xidmət edir.Dini ritual və ayinlər də məhdudlaşmada iştirak edən önəmli faktorlardır,uzun zaman icra olunduqda vərdişə,adətə çevrilir,sosial kateqoriyalar bölümünə daxil olmasına baxmayaraq,genetik kodlara,hətta təsir edə bilir,xələfində hərəki olmasa belə idraki izlər buraxmağa meyillidir.Kütləvi köləlik kontengentinə aid olsa da,insan fərdləri daim azadlığa can atmağa hərisdir,çünki,o doğadan törəmiş məxluqdur,zatında vəhşilik vardır,vəhşilik köləliyi sevmir.
...
Dinin doğurduğu planlı davranışların sonu fərdin psixi-hərəki dincəlməsi,hüzur bulmasıyla nəticələnirsə,bu onun azadlığa dönməsi məmnuniyyətini ifadə edir,məsələn oruc olan adam iftarın gəlməsini səbrsizliklə gözləyir,nədən ki,üfüqdə azadlığın şəfəqləri parıldamaqdadır...
...