Xeyale Deniz
48 şiiri ve 2 yazısı kayıtlı Takip Et

Sehirli sirli dünyam mənim....



Sehirli sirli dünyam mənim....

Ah......Bu sevgi,bu həyat,bu dünya niyə susmur,niyə ağlayır için- için məni sızladır.Gözlərimi yumuram xəyallara dalıram,şirin- şirin sirli dünyamı canlı canlı anıram.Bax bu nağıllı dünyamda qəhrəmana çevrilib Şəhrizad da oluram,gahda mənfi obrazlı qədar ,zalım,zülmükar bir insanda oluram.Mənmi bacarmıram sevməyi,yox......Deyəsən sevmək bacarmır məni sevməyir.Baxıram uzanan o yollara ucsuz- bucaqsız,Daşlı-kəssəkli,dərəli -təpəli,fikirli -xəyallı,ağrılı -acılı qorxub çəkilmək istəyəndə bir qüvvə məni durmadan o sevgiyə itələyir...
Məni bilə-bilə bu olmazın sürgünüə sürükləyir...göndərir...Yaxşı bilirəm ki bu yolu gedib dönməməkdə var.Göz yaşılı dolu günlərdə var..Sevinc səadət dolu anıları anmaqda var...Amma mən...
Ufffff......yoruldum...Bu sehirli sirli dünyanın içində olmaqdan,Sehirli dünyadan zövq almaqdan,onun kədərini şərbət kimin udmaqdan yoruldum...
Axı bu həyat niyə belədi?Sualı məni hey düşündürür...məni məyus edir.Cavab tapa bilmirəm.Sehirli sirli dünyada batıb qalmaqdan onun cazibəsinə qapılmaqdan ona həyatımı qurban verməkdən çəkinirəm...
Mən özüm özümə sulalar verdikcə bir gerçəyin sevgi çələngini,istək diləyini,içinə atlıram..Bilirsiniz hərdəndə həyat bizə bu insanlar niyə belədilər sualını verəndə cavab tapa bilmirəm..Donub yerimdə qalıram.Hə indi mən özümü danlayım günahlarımımı yoxsa sehirli sirli dünyamımı...
Məndə bir qəlb var o qəlbdə yatan oyanmasını belə qorxduğum sevgi.O sevgi ki ona baxanların gözlərini kor,ürəyini isə əridib puç edər.Onu göylərə ucaldar,istəyəndə isə yerdən yerə vurar..mənliyini mənliyindən alar...Gah güldürər ,gah ağladar, gah sevdirər ,gah aldadar ,gah üzər gahda deryalara batrıb onu həyatdan yer üzündən silə bilər.
Bax budur mənim sehirli sirli dünyam.İçinə daldıqca insan gecənin gündüz,gündüzün gecə olmasını belə xatırlamaz.
Nağıllar aləmidə bu sevgidən ona görə qaçıram ki,birdən bu sevgim oyanar,röyalarım dönüb acılı bir gerçək olar.Onun kölgəsində kölgələnəm,Onun ocağına isinəm fırtınasına dönəm ən əsası isə kölgəsinə çevrilib ona əsir,ölənədək qul olam.
Bax budur mənim sehirli sirli dünyam.Bax budur işiqlı röyam,bax budur həyat,bax budur sonsuz uman....sevgiye açılan yollar
Dəniz susmaz dalğadır
Dəniz çılğın fırtınadır
Sehirli sirli dünyadır
Dəniz sevgisiz yalandır
Bir zaman olcaq ki,bunu hamı görəcək,saç ağarıb,diş tökülüb,bel bükülüb,çatmışam səysən yaşına,amma sevgim hələ gəncdi tər ətirli bir çiçekdir.Sevgilərin içində o hamıdan öndədir.Bax o sevgini yaşadacam qəlbimin ən gizli güşəsində,ona nə toxunan nə dəyən nə də ki incidən olsun diyə.Mən varamsa həyatda,yaşamağa nağıllarım sehirli sirli dünyam var!!!Bu balaca dünyamda qəribəsi odur ki,sehirli bir aləm var!!!

Xəyalə Dəniz

Beğen

Xeyale Deniz
Kayıt Tarihi:23 Ekim 2014 Perşembe 17:34:51

SEHIRLI SIRLI DÜNYAM MəNIM.... YAZISI'NA YORUM YAP
"Sehirli sirli dünyam mənim...." başlıklı yazı ile ilgili
düşüncelerinizi ve eleştirilerinizi diğer okuyucular ile paylaşın.


YORUMLAR
mustafaPınarlı
3 Nisan 2015 Cuma 23:53:08
Tek kelimeyle harıka yazılmış ve yorumlanmış. Ağzına ve kalemine sağlık...

Cevap Yaz

Okuduğunuz yorum yazar tarafından etkili yorum olarak seçilmiştir.
Bahattin Delice
31 Ekim 2014 Cuma 22:17:45
şiirleriniz kadar yazılanızda çok güzel yüreginiz dert görmesin

1 cevap yazılmış Cevap Yaz


Xeyale Deniz Yazının sahibi 31 Ekim 2014 Cuma 22:21:57
tesekurler güzel olan sizn yüreyinizdi
Bozkırın Oğlu
23 Ekim 2014 Perşembe 19:55:57
çok güzel bir makale
içli bir kompozisyon
satırları alıp götürüyor insanı
ayrıca seslendirme ise ayrı bir lezzet katmış
tebriklerim çokça
saygılarımlasınız

1 cevap yazılmış Cevap Yaz


Xeyale Deniz Yazının sahibi 23 Ekim 2014 Perşembe 19:57:25
Teskurler ediyorum okudunuz için Allah razı olsun sizden
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.