24.2.2018 08:41:38
O qara zülfünün gözəl ətrinə
Gözəlim, bənzətdim bu yasəməni.
Gözəl yaraşdırıb ad qoyan sənə,
Bəxtəfər eyləyib bu Yasəməni.
Nə deyim xoş olsun söylə, sənincə?
Mələk də bərabər olmaz sənincə.
Ən zərif çiçəkdən incəsən, incə,
Dedim novruzgülü bu, ya səməni.
Əflatunam, sallan səndən naz alım,
Qoy eşqindən mən əriyim, azalım.
Yox desən od tutar canım a zalım,
A andı qərq etmə bu yasa məni.
23.02.2018.