22.2.2018 20:23:30
Bu nə sevda? Sizi etmiş dəli alimlərivüz,
Oxu bir gör nə edir zirvəli alimlərivüz.
Qadının arxasına cinsi təmas hökmünə bax!
Haramı eylədi məkruh vəli alimlərivüz.
Qoydu məkruh önünə şiddəti alimlərivüz,
Məni güldürdü sizin gülməli alimlərivüz.
Qadının tarlaya bənzətmə olan ayəsi var, Bəqərə 223
Bunu bilmir başıəmmaməli alimlərivüz?
Hələ Allah buyuran yerdən olun ayəsi bəs? Bəqərə 222
Sizə heç gəlmədimi şübhəli alimlərivüz?
Utanın zərrə qədər varsa həya sizdə əgər,
Hər sözün həm sonu həm əvvəli alimlərivüz.
Belə çirkab sizə xoşdursa əgər siz boğulun,
Qoymaram korlaya müstəqbəli alimlərivüz.
Müəllif: Anar Əhəd