17.1.2018 15:52:34
Nə gözəl yaradıb səni yaradan,
Bir incə çiçəksən güllər içində.
Varlığın hər yanı nura bələyir,
Sevgi dastanısan ellər içində.
Yığıbsan dünyanın gözəlliklərin,
Onun nişanının mən deyim birin.
Çəkibdi belini əlvan kəmərin,
İncədən incədi bellər içində.
Sənsən bu aləmin yar-yaraşığı,
Əflatun sənin tək bir yar aşığı.
Həftən, günün, ayın ömrün işığı,
İllərin xoş ola illər içində.
16.01.2018.