1
Yorum
2
Beğeni
5,0
Puan
784
Okunma
RAHAT OLUB YATAMMIRAM
Nə müddətdir boş-bekaram,
Rahat olub yatammıram.
Hamı deyir:-girənlik et,
Girməyə yer tapammıram.
Rahat olub yatammıram.
Hara getsəm yerlər dolur,
Girənlər lap artıq olur,
Qorxaq, satqın meydan alır,
Vallah adam satammıram
Rahat olub yatammıram.
Yaxşı yerlər tez tutulur,
Hər biri baha satılır,
Halal harama qatılır,
Onları heç qatammıram.
Rahat olub yatammıram.
Yollar məni yaman yorur,
Dost sandığım tələ qurur,
Namərdlər arxadan vurur,
Məqsədimə çatammıram.
Rahat olub yatammıram.
Dünya özü iki üzdü,
Guya hamı qıyıq gözdü,
Ay Coculu, bəlkə düzdü?
Siyasəti tutammıram
Rahat olub yatammıram.
5.0
100% (2)