3
Yorum
4
Beğeni
5,0
Puan
927
Okunma
Dayanma fikirli, gecikib zaman,
Ümidlər qocalıb, dərd çoxalıbdı.
Qara tellərinə dən vermir aman,
Son bahar yolları çox qısalıbdı.
Arzular ömürlə gəlmir yan-yana,
Dərdsizlik günlərə calanmır heç vaxt.
Hər gündüz gecəni sevmir dostyana,
Ömrün son karvanı yubanmır heç vaxt.
Göz yaşı təslimdi ümidsizliyə,
Baxışlar yol alır sonsuz sevincə.
Sevgilər məhkumdu kimsəsizliyə,
Bu dünya lal olub, durub səssizcə.
5.0
100% (2)