1
Yorum
0
Beğeni
5,0
Puan
695
Okunma
AĞLAMA TÜRK AĞLAMA
Biz Türklərdə ağlamaq,
Yaman dəbə düşübdür.
Hönkürüb ağlayanlar,
Lap həddini aşıbdır.
Başbakan çox ağladı,
Rabiyyənin halına.
Beləcə fürsət düşdü,
Nazirlərin əlinə.
Nazirlər sıra-sıra,
Ərəbə ağladılar.
Turana gedən yolu
Kəsdilər, bağladılar.
Bir ərəb gördünüzmü,
Türkə yanıb ağlasın.
Dini bir qardaş deyib,
Yarasını bağlasın
Indi zaman yetişib,
Ayılmağın vaxtıdır.
Hər millətin qurduğu,
Bilsin ki, öz taxtıdır.
Başqasının halına,
Ağlama Türk ağlama.
Millətimin başına,
Qara tirmə bağlama.
Qırmızı bayrağımı,
Örpək eylə başıma.
Nahaqq qan tökülməsin,
Torpağıma, daşıma.
5.0
100% (1)