1
Yorum
0
Beğeni
0,0
Puan
1473
Okunma

Türk oğlu qalx,
O sinəni qalxan kimi,
Hər düşmənə sipər saxla,
O qüdrətli o hikmətli,
Əllərinlə qardaşının
əlini sıx,
Gücə gəlsin o hikmətdən o birlikdən,
Qardaşının yalnız əli,
Türk oğlu qalx,
Səni gözlər sonsuz zəfər,
Qos-qocaman babaların,
Coşan ruhu gözlər səni,
Ürkək ürkək,məğrur-məğrur,
Qardaşların,diz çökmədən,
Türk oğlu qalx,
Bütün dünya görsün qürur,
Hünərindən əssin tir-tir,
Hər bir yağın,
Qan qardaşın,düşmüş əsir,
Hünərindən dalğalansın,
Yağıların üzərinə,
Vahid olan Türk bayrağın..!!
O turanın şərəfindən,coşan atdır,
Sanki o da əsir düşmüş,
Azadlığa hey can atır,
O oyatdı tüm Türklərin
Ürəyində vahidliyi,azadlığı,
O oyadtı,amma özü,öz-özündə hələ yatır..
Tüm Türklərin ürəyində
Azadlığa hey can atır
Türk oğlu qalx,
Dünya görsün,qalxmağ olur necə qalxmağ,
O yuxuya dalmış ordun,
Haradadır biz görmürük,
Yoxsa yenə unudulmaz xəyal qurdun,
O xəyalda yaşayırıq,
Gerçək üçün iz görmürük
Türk oğlu qalx,
Gerçək eylə,o xəyala dönmüş olan,,
Turanını,
Bu azadlığ arzumuzun,muradını..
Türk oğlu qalx,
Get özünün,Get xalqının,
Vahid olan,Türk yolunu
O yolunda vahid olan bayrağının,
Altına al,
Canın olan,qanın axan,4-qolunu,
Oğuz,Uyğur,
Qıpçaq,Bulqar,
Türk oğlu qalx,
Dünya görsün nədir Türklük,
Nədir qürur,
Nədir vüqar!!!
Milyonlarla faşistlərin,zalımların
əbləhlərin,
Sənə qarşı bitməz kini,
Türk oğlu qalx
Qoru özün-özlüyündə,
Türk oğlu Türk kimiliyini!!!
Heç oturmaz,bir kəz qalxan,
Türk oğlu qalx,
Əlin qılınc sinən qalxan,
Sən qorusan Türklüyünü,
Kimdir sənə,kəm-kəm baxan..?!!
Sən əsarət lənətində,güvəndiyin hakimləri
Səndən bilmə,,
Sənin sayın,sayılmazdır..
O sayını,mənfurlara aldanaraq,
Ürəyindən atıb,silmə,
Əsarətin
lənətində,unudulmuş azadlığın,batdığı yer sonsuz dərin,
Amma sənin,
Qardaşların saysız deyə Azadlığın batdığı yer,
qurtulacaq qədər dayaz,
Türk oğlu qalx,
Bu dünyada,Türk adıyla vahidliyin
Soyunu yaz!!,
Nə qədərki , şərəfinlə döyünür köksündə ürək
Nə şərəfli millət,nə xalq
Türk oğlu Türk,
Yoxdur sən tək,
Ayağa qalx!!!
Vahid olan bayrağının,hər ürəyə rəsmini çək!!!!!
Müəllif : Abdullazadə Orxan(Abdulla Orxan)