1
Yorum
1
Beğeni
5,0
Puan
1159
Okunma

Söndükcə arzuların,şəfqətli odu,
Şərəfsizlər baş qaldırdı,yerindən,
Dəyişdi dünyanın,şərəfli adı,
Şərəf köçdü , dünyanın üzərindən,
Yox yaşamaq asan deyil,bu halda..
Ya şərəfsiz ol,yaşa,ya da ki qalmaqalda.
Dörd divarın ağuşu,gözəl diyar cahanda.
Vurnuxduqca səslənir,vay hayın üzərindən.
Ad-sanlı olmaq üçün,axtardıqca ərbabı ,
Günü gündən,boşaldı ləyaqət-əxlaq qabı,
Mirzə Cəlil demişkən,"Göyə atdıq papaqı"
Sorağı gəldi bizə,düz ayın üzərindən..
Yoxsullar diz çökdükcə,varlıların önündə,
Varlılar var olacaq,zamanın hər günündə,
Toyuqlara toy tutan,bir xoruzun hinində,
Əxlaqı da,atdılar , hülyanın üzərindən..
Şərəfsizlərdən ötrü,qoyunlar alqış edir.
Susan ürkək baxışlar,bənzər hüsnü cəmala.
Yaz fəslini söz verib,qar yağdırır qış edir..
Qoyunlar qar yedikcə,heç inanmır bu hala,..
Müəllif : Abdullazadə Orxan
5.0
100% (1)