3
Yorum
4
Beğeni
4,8
Puan
1056
Okunma
SÖZÜMÜZÜ DEYƏMMƏDİK
Sözün məqamında gəldik dünyaya,
Sözümüzü deyəmmədik, a qardaş.
Söz sahibi olammadıq dünyada,
Nə qəflətdən oyammadıq, a qardaş.
Söz deyənin arxasında güc gərək,
Bu dünyanın gərdişiylə öc gərək,
Kürsülərdən danışmağa tac gərək,
Başımıza qoyammadıq, a qardaş,
Şeir yazdıq ərəbicə, farsıca,
Fikir dedik ingilisi, rusuca,
Olammadıq heç onların yarsıca,
Özümüzü bəyəmmədik, a qardaş.
Bilgə xaqan özünüzə dön dedi,
Əgər özün deyilsənsə, yan dedi,
Coculuya hər mətləbi qan dedi,
Sözümüzdə dayammadıq, a qardaş.
5.0
75% (3)
4.0
25% (1)