1
Yorum
1
Beğeni
5,0
Puan
1017
Okunma
QOYUN KİMİ, VALLAH ADAM DOĞULDUQ
Hüquqları, haqqımızı bilmədik,
Qoyun kimi, vallah adam doğulduq.
Çoban-çoluq örüşlərdə otardı,
Axşam gəlib yatağına yığıldıq,
Qoyun kimi, vallah adam doğulduq.
Aldatdılar, qəlbimizə girdilər,
Az danışıb, susmağmızı gördülər,
Arpamızı, buğdamızı verdilər,
Nadanlıqdan sümürüldük, sağıldıq,
Qoyun kimi, vallah adam doğulduq.
Tək deyilik, milyonlardan biriyik,
Yaşayarkən, ölü kimi diriyik,
Hər baxışdan, düşüncədən geriyik,
Acizlikdən qəhqrləndik, boğulduq,
Qoyun kimi, vallah adam doğulduq.
Ay Coculuy, çarə varmı dərdinə?
Nə şeş düşür, nə beş düşür nərdinə.
Evlad olduq paralanmış yurduna,
Birləşmədik səpələndik, dağıldıq,
Qoyun kimi, vallah adam doğulduq.
5.0
100% (1)