1
Yorum
0
Beğeni
5,0
Puan
949
Okunma
Nəyini sevirəm axı mən sənin…
Sözünü gözümə çıraq edirəm,
Gözünün nurunu maraq edirəm.
Səni özgələrdən soraq edirəm,
Nəyini sevirəm axı mən sənin.
Aydır üzündəki o qara qaşın,
Şəfadır dilimə gözündən yaşın.
Oduna yanıram bir qəlbidaşın,
Nəyini sevirəm axı mən sənin.
De,nədir zülfünü pərişan edən,
Mənli istəyini adlayan,ötən.
Edirsən a zalım mən bütövü tən,
Nəyini sevirəm axı mən sənin.
Jalədən ayrılmış şehdir dodağın,
Mənəm bu günündə sənin sabahın.
Vallah açılmayır qaşım-qabağım,
Nəyini sevirəm axı mən sənin.
5.0
100% (1)