1
Yorum
0
Beğeni
0,0
Puan
1235
Okunma
Bu gözlərin...
Bu gözlərin dunya boyda həsrəti,
Bu gözlərin intizardan taci var.
Bu gözlərin sevgi adli möhnəti,
Bu gözlərin sənsizlikdən baci var
Ağlayanda yetməmisən dadına,
Uzaq olub yanmamısan oduna.
Xoş günləri hədər verib badına,
Bu gözlərin alov üstdə sacı var.
Qanan bilir,qanmayana çarə nə,
Göz altında kölgə nədir qarə nə.
Bu günündə ehtiyac var çarənə,
Bu gözlərin damlasında acı var.
Yanaqlarda daş bağlamış,adı nə?
Nə sevincdir nə kədərdir dadı nə?
Möhnətindən,Tanrı yetmiş dadına
Bu gözlərin daş-kəsəkdən qacı var.
Nigar.Məhərrəmli...24.11.2013.