4
Yorum
0
Beğeni
0,0
Puan
721
Okunma
A DÜNYA
Əzəl gündən viran qoydun elləri,
Nə qədər qan-qada tökdün, a Dünya.
Zəlzələ yaratdın, tufan qopardın,
İnsana göz dağı çəkdin, a Dünya.
Müharibə, savaş üzünnən oldu,
Davalar-qırğınlar sözünnən oldu,
Axdı göz yaşları dizinnən oldu,
Zamanın fövqündə çökdün, a Dünya.
Kiminin başına qızıl tac qoydun,
Kimini doydurdun, kimi ac qoydun,
Kimini,kimsəyə sən möhtac qoydun,
Könüllər incidib, sökdün, a Dünya.
İblislər sinəndə çapdı atını,
Şahin qurban verdi öz həyatını,
Coculu, çoxları dandı zatını,
Yaxşı da, yaman da əkdin, a Dünya.