1
Yorum
0
Beğeni
0,0
Puan
880
Okunma
Tüm zamanlarda, eski zamanlarda da Türk başka milletden evlenende
karının kardeşi dayımız olurdu. Şu dayı bize doğma ola bilirdimi.
Qapandı gözlərimiz,
Büküldü dizlərimiz,
Açıldı sirlərimiz,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.
Düşmənlərdən qısıldıq,
Zaman-zaman basıldıq,
Boynumuzdan asıldıq,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.
Haqqa gələ bilmədik,
Yalan-palan söylədik,
Xəcalətdən ölmədik,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.
Vəl saldı içimizə,
Pəl vurdu işimizə,
Dəydilər kefimizə,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.
Qarşı-qarşıya durduq,
Vuruşmaqdan yorulduq,
Odda yandıq, qovrulduq,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.
Yad qızı şirin oldu,
Dayımız fürsət aldı,
Bizi qovğaya saldı,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.
Məhəbbət əzdi bizi,
Ələdi, süzdü bizi,
Halqaya düzdü bizi,
Biz əcnəbi alanda.
Dayımız yad olanda.