1
Yorum
0
Beğeni
0,0
Puan
1152
Okunma
ZƏFƏR ÇALAQ
Qoymayaq torpağı düşmən əlində,
Gəlin Qarabağda bir zəfər çalaq!
Birləşək, yeriyək düşmən üstünə,
Amalda, əməldə biz əlbir olaq.
Gəlin Qarabağda bir zəfər çalaq!
Düşmənin qəddini qıraq ağlasın,
Salaq papağını, ləçək bağlasın,
İgidlər toplansın Tanrı saxlasın.
Ölsəkdə bir ölək, qalsaq da qalaq,
Gəlin Qarabağda bir zəfər çalaq!
Uzatmayaq qiyamətə qisası,
Əlimizdə vardır savaş əsası,
Girək Qarabağa sözün qısası,
Düsmənin canına vəlvələ salaq.
Gəlin Qarabağda bir zəfər çalaq!
Düşməni qorxuya salın gedək biz,
Toplaşaraq qalın-qalın gedək biz,
Silah yoxsa əli yalın gedək biz,
Mərmi tək partalaq, barıt tək dolaq.
Gəlin Qarabağda bir zəfər çalaq!
Ay Coculu, bir araya gəlin siz,
Tarixlər yazılır onu bilin siz,
Bu ləkəni alnınızdan silin siz,
Qoymayın tarixə edilsin calaq.
Gəlin Qarabağda bir zəfər çalaq!