1
Yorum
0
Beğeni
0,0
Puan
1521
Okunma
Könül sarayımda saqi bildiyim,
Doldur eşq şərabın ver gözlərindən.
Hər bir cəfasına razı olduğum,
Məsti bi-riyayam sir gözlərindən
Vücudum sevdanın narına düşdü,
Dilim gülüstanın zərınə düşdü,
Azdı yaralarım, dərinə düşdü,
Yarama məlhəmi vur gözlərindən.
Mən bir meypərəstəm, sən bir saqiyyə,
Qaraldı gül bənzim döndü xakiyə,
Əlimi açaraq gəldim səkiyə,
Nolar, bir işıq saç nur gözlərindən.
Ariflər qiymətli sözün aşiqi,
Kəmalat sahibi özün aşiqi,
Miskini də gülən gözün aşiqi,
Məhrum etme məni, yar gözlərindən.
Şiir: Sadık Miskini
Çeviri: Naile Asker