İntikam alıp da sonunda pişman olmaktansa, affedip de pişman olmak daha iyidir. cafer b. muhammed
Şakir
Şakir

BİR DEYİL...

Yorum

BİR DEYİL...

( 3 kişi )

0

Yorum

9

Beğeni

5,0

Puan

445

Okunma

BİR DEYİL...

BİR DEYİL...
1
ƏLİMİZİ İSTİ TUTMALI
Həmişə, həmişə
əlimizi isti tutmalı;
ayağımız yola isti dəyməli,
Hə, dəmiri isti-isti döyməli...
Haqqımız hardaysa, ora varmalı,
ocaqdan-ocağa od aparmalı.
bişirib deməli sözümüzü də,
hazırlamalı
ən sərt yoxuşlara dizimizi də...
Evdən çıxmalıyıq bir od parçası ,
hər səmtə bir od nəhri axmalıyıq,
bir göy guruldayıb,
ildırım çaxmalıyıq...
Kölgəmizi qaralayanları
buza döndərməli nəfəsimizlə.
bəlkə bir közümüz, bir sözümüzlə
onları buz kəsməli;
əlimizi isti tutmalıyıq, isti!..
2
İKİ GÖZÜNDƏN BİRİ...
Bax, ən çox sevdiyindi
iki gözündən biri;
adı dilində
iki sözündən biri...
inan, inamın olsun,
iki gözündən birinə
hər vaxt salamın olsun...
kürəyini söykəməyə uçulmaz divar,
gözünü səndən heç qaçırmaz
iki gözündən biri...
hər şeyə--
yerə, göyə diqqətlicə nəzər sal;
İki gözündən biri xoşbəxtliyin, xoş günün,
sanki ətri bürüyür səni bir gulun...
iki gözündən biri
həmişə yolunu aydınladacaq;
güvən daim iki gözündən birinə
və görəcəksən ki,
elə iki gozünmüş iki gözündən biri!
3
İRƏLİDƏ...
...Bax, hər şey irəlidə,
gözəl bir nəğmə, şeir irəlidə...
Bir qədəm atsan da, qələm çalsan da,
hədəf irəlidir geri qalsan da...
hər suala cavab var irəlidə,
şirinləşir acılar irəlidə...
arzu elədiyin ən gözəl həyat;
o, irəlidə,
ocaq irəlidə, od irəlidə...
böyük bir qələbəyə
aparan yoldur
bir “İrəli!”çağırışı bəlkə...
San ki, dayanıbdı bəxt irəlidə,
körpü irəlidə, bənd irəlidə.
Ümid sandığın da,
inandığın da
ancaq irəlidə, irəlidədir,
bilsən, yüz illərin geriliyi də
elə irəlidədir!..
4
TA QƏLBİMİN...
Ta qəlbimin çırpıntısı bir başqa,
Görüş, vida döyüntüsü deyil ha...
Seç günlərin yaxşısını, pisini;
Bu mənimdi, o sənindi-ayır ha...
Öndə çətin, bitməz bir yol uzanır,
Çox çəkməklə məgər ömür uzanır?
Dili gödək üstümə dil uzadır,
Bir budağı min tərəfə əyir ha...
Bu dağların qoy birinə ucalım,
Qalxım, enim, ən dərinə ucalım...
Bir ürəyin kədərinə ucalım;
Ən hündürdən bircə kəlmə deyim ha,
Yalın əlim buzda közə dəyir ha!..

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (3)

5.0

100% (3)

Bir deyil... Şiirine Yorum Yap
Okuduğunuz Bir deyil... şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
BİR DEYİL... şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Paylaş
ŞİİR KÜNYE
Tarih:
25.10.2021 20:45:08
Beğeni:
9
Okunma:
445
Yorum:
0
Web Zaman Damgası
POPÜLER ŞİİRLERİ
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL