0
Yorum
3
Beğeni
5,0
Puan
466
Okunma
İmam mehdi doğum günü
LEBBEYK’E YA MEHDI
__________
Sənə gəl deməyə dilimdə varmır
Munkirdə özüməm dəccalda mənəm
Gəlib kimi kimdən qurtaracaqsan
Münkirdə özüməm dəccalda mənəm
Şeytanın papucun atmışıq dama
Türlü sözlər uydurmuşuq islama
Savmu salatını edəriz amma
Munkirdə özüməm dəccalda mənəm
Qurban olum sənin əyaq tozuna
Gəlsəndə baxmaniq bəlkə sözünə
Nə üznən baxaciq sənin üzünə
Munkirdə özüməm deccalda mənəm
Şeytanın elində əhl’i dil olduq
Allah’ı ötürüb qula qul olduq
Pula tapar olduq pul obur olduq
Munkirdə özüməm dəccalda mənəm
Kâbə’yi ziyarət edəndə mənəm
Islâm’ı ticarət edendə mənəm
Ayələrdən qazanç güdəndə mənəm
Munkirdə özüməm dəccalda mənəm
Mən adəm oğluyam nəfs’ə yenildim
Nəmruta qazilan yerə gömüldüm
Gücüm çatdığını yedim sömürdüm
Munkirdə özümem dəccalda mənəm
Ey zamanın şah’ı eşqin mövlası
Rahim’in dəyişməz tək bir ağası
Çıxsın önümüze tövbə dəryası
Munkirdə özüməm dəccalda mənəm
rahim’i
5.0
100% (1)